Əsas məzmuna keç
DYP İmtahanSürücülük simulyatoru

DYP imtahan simulyatoru

DYP sınaq imtahanının qaydaları

Simulyatorda 10 suallıq, 15 dəqiqəlik sınağın necə keçirildiyini, keçid həddini və nəticələrə baxış qaydasını öyrənin.

10

sual

15

dəqiqə

9

düzgün cavab

01

Sınağa başlamazdan əvvəl

Sürücülük İmtahanı mobil tətbiqində hesab yaradın. Eyni telefon nömrəsi və şifrə ilə sayta daxil olun. İmtahana başlamaq üçün hesabınızda cəhd olmalıdır. Telefon, planşet və ya kompüterin brauzerindən istifadə edə bilərsiniz.

02

Suallar və vaxt limiti

Hər sınaq 10 sualdan ibarətdir. Cavablandırmaq üçün 15 dəqiqə vaxt verilir. Sualı və cavab variantlarını diqqətlə oxuyun, seçiminizi təsdiqləməzdən əvvəl nəzərdən keçirin.

03

Sınaq nə vaxt başa çatır?

Keçmək üçün 9 düzgün cavab tələb olunur. İkinci səhv cavabda və ya vaxt bitdikdə sınaq başa çatır. Bu səhifədə dypimtahan.az simulyatorunun qaydaları izah olunur.

04

Nəticə və səhvlərin təhlili

Sınaqdan sonra cavablarınızı nəzərdən keçirin. İmtahan tarixçəsindən əvvəlki nəticələrinizə və mövcud sual izahlarına qayıda bilərsiniz. Səhv cavab verdiyiniz mövzuları təkrar edib növbəti sınaqda hazırlığınızı yenidən yoxlayın.

05

İmtahan cəhdləri və ödəniş

Hesabınıza daxil olduqdan sonra “Balansı artır” bölməsindən cəhd paketi seçin. Paketin qiyməti, bonus cəhdlər və ödənişin yekun məbləği təsdiqdən əvvəl göstərilir.

Hazırlığınızı sınaqda yoxlayın.

Mobil tətbiqdəki hesabınızla davam edin.

Hesabıma daxil ol